Dek
2021
16:04
28
82
1127
Virtual karabakh

“Məşğulluq marafonu”na 600-ə yaxın işəgötürən qoşularaq 3760 vakansiya təqdim edib

7 Dek, 2021
16:04
1127

“Məşğulluq marafonu”na 600-ə yaxın işəgötürən qoşularaq 3760 vakansiya təqdim edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 593 işəgötürən (52,6 %-i dövlət, 47,4 %-i özəl) qoşularaq 3760 vakansiya təqdim edib.

Nazirlikdən bildirilib ki, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək verməkdir.

Marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1239 nəfər (200 şəhid ailəsi üzvü və 1039 qazi) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir. 

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları 
https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri