Dek
2021
17:56
118
103
1925
Virtual karabakh

Son üç ay ərzində 600-dən çox Azərbaycan vətəndaşı Ukraynaya buraxılmayıb - RƏSMİ

7 Dek, 2021
17:56
1925

Son üç ay ərzində 600-dən çox Azərbaycan vətəndaşı Ukraynaya buraxılmayıb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada son üç ayda ölkəyə buraxılmayan və ölkədən deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci il sentyabrın 1-dən noyabrın 30-a qədər 626 Azərbaycan vətəndaşı Ukrayna ərazisinə buraxılmayaraq geri qaytarılıb.

Eyni dövr ərzində Ukraynadan 19 Azərbaycan vətəndaşı deportasiya olunub.

Qeyd edək ki, Ukraynada miqrasiya qanunvericiliyinin tələblərini yoxlamaq məqsədilə mütəmadi olaraq reydlər keçirilir. Aşkar edilən sənədsiz əcnəbilər arasında hələ də keçmiş SSRİ-nin pasportunu daşıyanlara da rast gəlinir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri