Dek
2021
19:42
285
16
3314
Virtual karabakh

BƏM Ermənistanla bağlı qərar verdi: “Etnik zəmində zorakı çağırışlar edənlərlə bağlı tədbir görün!”

7 Dek, 2021
19:42
3314

BƏM Ermənistanla bağlı qərar verdi: “Etnik zəmində zorakı çağırışlar edənlərlə bağlı tədbir görün!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə qərarı Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası əsasında bu gün qəbul edib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin ali məhkəmə orqanıdır. 

Qeyd edək ki, burada söhbət Ermənistandakı bir sıra qruplarla yanaşı muzdlulara təlim keçirilməsini təşkil edən VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) kimi təşkilatlardan da gedir. Bu qərarla Ermənistan bu cür təşkilatların da fəaliyyətini dayandırmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri