Dek
2021
13:24
96
21
1696
Virtual karabakh

Şadlıq sarayından oğurluq edən şəxs tutuldu - FOTO

8 Dek, 2021
13:24
1696

Şadlıq sarayından oğurluq edən şəxs tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz rayonu Qumlaq kəndində yerləşən şadlıq sarayından birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan televizor, nasos, enerji və spirtli içkiləri, eləcə də kassada olan pulu oğurlayıb.

Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin Şirvanlı kənd sakini, əvvəllər də məhkum olunmuş Rəhman Hümbətovun olduğu müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.

R.Hümbətov hadisə zamanı sərxoş olduğunu bildirib və oğurladığı əşyaları yaşadığı ünvanda  gizlətdiyini, pulu isə xərclədiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri