Dek
2021
20:55
43
152
933
Virtual karabakh

Ötən gün 30 nəfər toya buraxılmayıb

8 Dek, 2021
20:55
933

Ötən gün 30 nəfər toya buraxılmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 7-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 135 toy şənliyinin monitorinqini həyata keçirib.  

Monitorinq 129 şadlıq sarayında, altı şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- Altı nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 
- 30 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri