Dek
2021
20:30
31
181
1458
Virtual karabakh

Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib - FOTO

8 Dek, 2021
20:30
1458

Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam rayon sakini Elbəyi Qarayevin testinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də karantin rejiminin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. RPŞ-nin əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilərək müalicə aldığı ünvana geri qaytarılıb. 

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun Şərq qəsəbə sakini Qorxmaz Əliyevin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Saxlanılan şəxsin polis əməkdaşları tərəfindən müalicə aldığı ünvana qaytarılması təmin edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakini Yaşar Əmrullayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarıb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri