Dek
2021
12:57
16
102
906
Virtual karabakh

“YAŞAT” Fondundan xərclənən vəsaitin istiqamətləri AÇIQLANDI - FOTO

8 Dek, 2021
12:57
906

“YAŞAT” Fondundan xərclənən vəsaitin istiqamətləri AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu günə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 65 milyon manata yaxın vəsait ianə edilib”. 

Oxu.Az-ın məlumatına görə, bu barədə “YAŞAT” Fondunun yaradılmasının bir illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında “ASAN xidmət”in sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, “YAŞAT” Fondu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb.

O qeyd edib ki, bu günə qədər Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446,15 AZN məbləğində vəsait xərclənib:

“Belə ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla, ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub”.

Sədr xərclənən vəsaitin istiqamətlərini də açıqlayıb: 

“Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 32 477 789,50 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə 458 478,51 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 5 432 716,49 AZN və müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 11 128 461,65 AZN xərclənib”.

İlhamə Əbülfət

Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri