Dek
2021
13:52
23
145
986
Virtual karabakh

Fuad Muradov: “Marafonun üç ayı ərzində 3 milyon manatdan çox vəsait toplandı”

8 Dek, 2021
13:52
986

Fuad Muradov: “Marafonun üç ayı ərzində 3 milyon manatdan çox vəsait toplandı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər. Bu səbəbdən “YAŞAT” Marafonu təşkil edildi”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasının bir illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. 

O qeyd edib ki, marafon çərçivəsində 63 ölkədən soydaşlarımız maddi yardıma qoşulub:

“Tək bir gün üçün 1 milyon manatdan artıq vəsait toplandı. Marafonun üç ayı ərzində isə 3 milyon manatdan çox vəsait toplandı. ABŞ-dan isə 200 min dollar ianə toplanıldı”.

O qeyd edib ki, Rusiyadan 30 min dollar dəyərində 2 ədəd “Dermaton” cərrahi aparatı, 92 ədəd “İlizarov” aparatı və 566 əlil arabası göndərilmişdi.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri