Dek
2021
14:56
115
71
1178
Virtual karabakh

Zaur Əliyev: “100-dən çox Vətən müharibəsi iştirakçısına Bakıda psixiatrik və psixoloji dəstək göstərib”

8 Dek, 2021
14:56
1178

Zaur Əliyev: “100-dən çox Vətən müharibəsi iştirakçısına Bakıda psixiatrik və psixoloji dəstək göstərib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ilin doqquz ayı ərzində Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan 7 993 şəxsə 109 443 tibbi xidmət göstərilib”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasının bir illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib. 

Onun sözlərinə görə, İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 95 687-si ambulator, 13 756-sı isə stasionar şəraitdə göstərilib:

“Tibbi xidmət almış şəxslərdən 7 051 nəfəri müharibə iştirakçısı, 942 nəfəri isə şəhid ailəsi üzvü olub.

Həmin dövr ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 321 pasiyent üzərində 381 cərrahi əməliyyat icra olunub. Əməliyyatlar arasında cərrahi müdaxilədən sonrakı vəziyyətlər, hərbi əməliyyatlar zamanı partlayış və ya qəlpələrin səbəb olduğu zədələr çoxluq təşkil edib. Həmçinin Tibbi Reabilitasiya Xəstəxanasında 696 nəfərə reabilitasiya xidmətləri göstərilib”.

O qeyd edib ki, “YAŞAT” Fondu ilə birgə əməkdaşlıq sayəsində hərbçilərin müayinəsi məqsədilə Türkiyədən həkim heyəti ölkəmizə gətirilib:

“Travmatoloq-ortoped, neyrocərrah, ümumi cərrah və digər ixtisaslı həkimlərdən ibarət olan həkim heyəti döyüşlərdə yaralanmış 155 hərbçini müayinə edib və müvafiq müalicələrə cəlb ediblər. 

İlin əvvəlindən etibarən hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi məqsədilə ölkənin səkkiz şəhər və rayonunda yerləşən tibb müəssisələrində psixoloqlar regional fəaliyyətə başlayıb. Psixoloqlar tərəfindən bu günədək 600-dən çox şəhid ailəsi üzvü, 1 600-dən çox hərbçi və 300 terror qurbanına psixoloji yardım göstərilib və ehtiyac olduqda müalicə üçün həkim-psixiatrlara yönəldilib.

Bununla yanaşı, agentlik müvafiq qurumlarla birgə 100-dən çox Vətən müharibəsi iştirakçısına Bakı şəhərində psixiatrik və psixoloji dəstəyin göstərilməsini təmin edib. Türkiyədən ölkəmizə gələn azərbaycanlı həkim-psixiatrlar tərəfindən qazilər müharibə iştirakçılarında sonradan tez-tez müşahidə olunan psixi pozğunluqlarla bağlı müayinə olunublar”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri