Dek
2021
13:34
86
36
1033
Virtual karabakh

“ÇƏTİR” proqramının intellektual oyunlar klubları şəbəkəsinin yaradılması görüşü keçirilib - FOTO

8 Dek, 2021
13:34
1033

“ÇƏTİR” proqramının intellektual oyunlar klubları şəbəkəsinin yaradılması görüşü keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə dekabrın 6-da ölkə üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən tələbə klublarının şəbəkələşməsi və vahid çətir altında birləşdirilməsini hədəfləyən “ÇƏTİR” proqramı çərçivəsində intellektual oyunlar klubları şəbəkəsinin yaradılması görüşü keçirilib. 

Azərbaycan Fransız Universitetində baş tutmuş tədbir Dövlət Himninin səslənməsi və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir ATGTİ-nin sədr müavini Nicat İsmayılov və ATGTİ-nin üzv təşkilatlar və tələbə klubları ilə iş sektorunun koordinatoru Ülvi Quluzadənin çıxışları ilə davam edib. Onlar öz çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış zəfər fonunda mühüm bir tarixi dövrdə yaşadığımızı, hər bir gəncin və xüsusilə də tələbələrin qalib xalqın nümayəndələri kimi öz sahələrində daha fəal olmalarının vacibliyini vurğulayıb, bu xüsusda hazırkı proqramın əhəmiyyəti və yaxın aylar ərzində tələbələrə verəcəyi töhfələr haqqında fikirlərini bölüşüblər. Çıxışçılar tələbə klubların tələbələrin ortaq maraqları əsasında bir yerə toplanmasında müstəsna rol oynadığını vurğulayıblar.

Həmçinin, ATGTİ tərəfindən tədbir iştirakçılarına İttifaqın fəaliyyətini özündə əks etdirən bir sıra qrafik təsvirli videoçarxlar nümayiş etdirilib. 

Daha sonra proqram rəhbəri Ülvi Quluzadə respublika ərazisində yerləşən ali və orta ixtisas təhsili müəssisələrindəki Tələbə Gənclər Təşkilatlarının tərkibində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən tələbə klublarının ixtisaslaşmış “ÇƏTİR” mərkəzlər ətrafında birləşdirilərək klublararası koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə həyata keçirilən proqramın missiya və hədəflərindən danışmış, intellektual oyunlar klublarının formalaşması, onların gələcək fəaliyyəti və şəbəkələşməsi haqqında təqdimat edib. Tədbir müxtəlif universitetlərdən olan intellektual oyunlar klublarının üzvləri tərəfindən yönləndirilmiş sualların cavablandırılması ilə yekunlaşıb.

Proqram yaxın illər ərzində bütün Azərbaycan üzrə icra olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri