Dek
2021
17:12
292
44
1999
Virtual karabakh

Azərbaycanda boşanmaq istəyən cütlüklərin 40 faizi fikrindən daşınıb

8 Dek, 2021
17:12
1999

Azərbaycanda boşanmaq istəyən cütlüklərin 40 faizi fikrindən daşınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bəzi sosial problemlər ailə münasibətlərinə mənfi təsir göstərir və son illərin statistikasına nəzər saldıqda boşanmaların sayında artım müşahidə olunurdu”.

Oxu.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, bu hal hamını narahat etməyə başlayıb və “Mediasiya haqqında” Qanun qəbul edilməzdən əvvəl 2018-ci ildə Ədliyyə Nazirliyi tərəfindən psixoloqlarla görüşlər keçirilib.

“Təsəvvür edin ki, bu işin nəticəsi olaraq son illərlə müqayisədə ilk dəfə idi ki, nikahın pozulma sayının azalmasını müşahidə etdik və bu hal bizi qeyd edilən sahədə səyləri daha da artırmağa ruhlandırdı.

2018-ci ildən hazıradək qeydiyyat şöbəsinə nikahın pozulması üçün müraciət etmiş 5 154 şəxsdən 95 %-i psixoloqla görüşüb.

Nəticədə onlardan 40%-i boşanmaq fikrindən daşınıb”, - deyə xidmət rəisi bildirib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri