Dek
2021
17:36
14
82
979
Virtual karabakh

İdarə rəisi: “Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi”

8 Dek, 2021
17:36
979

İdarə rəisi: “Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi”.

Oxu.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, bu köşklər ilk dəfə hava limanı ərazisində qoyulmuşdu:

“Bu köşklər vasitəsilə borca görə ölkədən çıxışına qadağa qoyulan şəxslər borcunu hava limanında olarkən ödəyib avtomatlaşdırılmış rejimdə aidiyyəti proseduru həyata keçirərək ölkədən çıxa bilərdi.

Hazırda həmin köşklərdə göstərilən notariat xidmətləri daha rahat və geniş formada həftənin bütün günləri, 24 saat ərzində “Mobil Notariat” tətbiqi üzərindən təqdim olunur. Mobil tətbiq vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi heç də sənədlərin etibarlılığını aşağı salmır. Sənədlər toplanır və notarius sənədləri prosedur qaydaları çərçivəsində təsdiqləndikdən sonra vətəndaşa geri göndərilir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri