Dek
2021
17:56
145
38
1076
Virtual karabakh

“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib

8 Dek, 2021
17:56
1076

“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” QSC-nin Dubayda turizm agentləri üçün keçirdiyi tədbir, COVID-19 pandemiyasından sonra Bakı-Dubay marşrutu üzrə gündəlik uçuşların bərpasına həsr olunub.

Tədbir turizm idarəçiliyi və aviadaşımalar sahəsində fəaliyyət göstərən dünyanın aparıcı şirkəti “Aviareps” tərəfindən təşkil olunub.

“Aviareps” şirkətinin Yaxın Şərq üzrə vitse-prezidenti Qlenn Conston (Glen Johnston) tədbirdə açılış nitqi ilə çıxış edərək aviaşirkətin əsas fəaliyyət istiqamətləri və Azərbaycan haqqında qısa məlumat verib.

Tədbir çərçivəsində AZAL-ın təqdimatını aviaşirkətin marketinq, kommersiya və istehsalat departamentinin rəis müavini Fatimə Hacızadə keçirib. Onun sözlərinə görə, hazırda Bakı ilə Dubay arasında gündəlik olaraq xüsusi reyslər həyata keçirilir. Yaxın vaxtlarda iki şəhər arasında uçuşların sayının gündə iki dəfəyə qədər artırılması nəzərdə tutulur.

Aviaşirkət daha rahat uçuşlar, eləcə də turizm bazarında bir çox təkliflər təqdim etmək üçün bu marşruta geniş füzelyajlı təyyarələri qaytarmaq niyyətindədir.

“Silk Row Travel” şirkətinin daxili turizm üzrə mütəxəssisi Arzu Quliyevanın təqdimatında Azərbaycanın turizm imkanları təqdim olunub.

Dubay “Azərbaycan Hava Yolları” aviaşirkətinin marşrut şəbəkəsində ən populyar istiqamətlərdən biridir. Hər il Azərbaycandan minlərlə turist BƏƏ-nin ən böyük şəhərinə səyahət edir. Hazırda burada 192 ölkədən stendlərin təqdim olunduğu “EXPO-2020” dünya sərgisi keçirilir.

Körfəz ölkələrindən gələn turistlərin də Azərbaycana böyük marağı var, onların bir çoxu Dubayın beynəlxalq hava limanları vasitəsilə tranzitlə Bakıya səyahət edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri