Dek
2021
21:20
55
227
11634
Virtual karabakh

Nazir iki polkovnik-leytenanta yeni vəzifə verdi

8 Dek, 2021
21:20
11634

Nazir iki polkovnik-leytenanta yeni vəzifə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şakir Rüstəmov Qazax rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad edilərək, Mingəçevir şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Göyçay rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Fəxri Aslanov isə vəzifəsindən azad olunaraq Qazax rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri