Dek
2021
13:16
92
49
1121
Virtual karabakh

Koronavirus xəstələri bazarda və yanacaqdoldurma məntəqəsində TAPILDILAR - FOTO

9 Dek, 2021
13:16
1121

Koronavirus xəstələri bazarda və yanacaqdoldurma məntəqəsində TAPILDILAR - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şəhər sakini Vüqar Cəfərova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

V.Cəfərov rayonun bazarı ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Aktiv COVID-19 xəstəsi olan rayonun Qədimkənd kənd sakini Novruz Hüseynov da analoji qayda pozuntusunu törədib. Yaşadığı ünvanı tərk edən həmin şəxs çalışdığı yanacaqdoldurma məntəqəsində aşkarlanıb və yaşadığı evə geri qaytarılıb.

Hər iki şəxs barəsində Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri