Dek
2021
14:24
454
146
5276
Virtual karabakh

Lənkəranda “Azərişıq” ASC-nin əməkdaşının avtomobilinə od vurdular - YENİLƏNİB + VİDEO

9 Dek, 2021
14:24
5276

Lənkəranda “Azərişıq” ASC-nin əməkdaşının avtomobilinə od vurdular - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda “Azərişıq” ASC-nin əməkdaşının maşınının yandırılması ilə bağlı cinayət işi açılıb.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Oxu.Az-a açıqlamasında bildirib. 

O qeyd edib ki, hadisə baş verdikdən dərhal sonra faktı törətməkdə şübhəli bilinən rayon sakini Sabir Əliyev saxlanılaraq Lənkəran şəhər rayon polis şöbəsinə gətirilib:

“Faktla bağlı cinayət Məcəlləsinin 221.1-ci(xuliqanlıq) və 186.2.2-ci (əmlakı məhv etmə və ya zədələmə: yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

S.Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda müvafiq istintaq hərəkətləri davam etdirilir”.

11:36

Lənkəranda “Azərişıq” ASC-nin əməkdaşının maşınına benzin töküb yandırıblar.

Oxu.Az xəbər verir ki, “Azərişığ”ın əməkdaşı Rauf Kərimov şəhər sakini S.Əliyevin evində qanunsuz əlavə elektrik xətti aşkar edərək akt tərtib edib. Bundan qəzəblənən vətəndaş R.Kərimova məxsus VAZ-2115 markalı maşının üzərinə benzin tökərək yandırıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Oxu.Az-a açıqlamasında faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparıldığını deyib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri