Dek
2021
17:56
237
65
3863
Virtual karabakh

Azərbaycana gətirilən gəmi və qayıqların sayı KƏSKİN ARTIB - FOTO

9 Dek, 2021
17:56
3863

Azərbaycana gətirilən gəmi və qayıqların sayı KƏSKİN ARTIB - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin doqquz ayı üzrə əmtəə idxalı ötən ilin müvafiq dövrünə nəzərən 0,9 faiz artaraq 7,5 milyard dollar təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, istehlak mallarının idxalının ümumi dəyəri 3,6 milyard dollar olub, bunun da 1,2 milyard dolları ərzaq məhsullarının payına düşüb.

Qeyri-neft sektoru üzrə idxal 3,2 faiz artaraq 6,2 milyard dollar olub. Qeyri-neft idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (1,9 dəfə), əczaçılıq məhsullarının (1,5 dəfə), ətir və kosmetik vasitələrinin (44 faiz), minik avtomobillərinin (40 faiz), dəmiryol nəqliyyat vasitələrinin (39,4 faiz), şəkərin (36,6 faiz), mebel məhsullarının (25,6 faiz), alkoqollu və alkoqolsuz içkilərinin (21 faiz), daş və şüşə məmulatlarının (20 faiz), ağac məmulatlarının (16,3 faiz), tütün və tütün məhsullarının (12 faiz), tərəvəz məhsullarının (10,4 faiz), kağız məmulatlarının (7 faiz) və palma yağının (4,5 faiz) idxalı artıb, uçuş aparatlarının (11,4 dəfə), dənli bitkilərin (13,5 faiz), metalların (11,4 faiz), sabun və yuyucu vasitələrinin (8 faiz) və kərə yağının (6,7 faiz) idxalı isə azalıb.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8,4 faiz təşkil edərək 0,6 milyard dollar olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri