Dek
2021
15:16
184
14
1269
Virtual karabakh

Azərbaycanda media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir

9 Dek, 2021
15:16
1269

Azərbaycanda media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Media subyektlərinin istehsal etdikləri məhsulların üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək.

“Report”un xəbərinə görə, bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırma”da əksini tapıb.

“Qanun layihəsi qəbul edildikdən sonra jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək”, - layihədə bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri