Dek
2021
15:20
25
211
1380
Virtual karabakh

Fərid Qayıbov: “Elə idmançılarımız var ki, medal qazana bilmir”

9 Dek, 2021
15:20
1380

Fərid Qayıbov: “Elə idmançılarımız var ki, medal qazana bilmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Olimpiya Oyunlarından sonra Federasiyalarda iclaslar keçirilir, hətta bəzilərində dəyişiklər olur.

Bunu Oxu.Az-a açıqlamasında Gənclər və İdman naziri Fərid Qayıbov deyib.

O bildirib ki, yeni olimpiya oyunlarına hazırlıq aparılır, idmançılar cəlb edilir:

“Hazırlıq prosesində yeni idmançılar da cəlb edilib. Elə idmançılar var ki, biz onlardan bir neçə medal gözləyirik, lakin qazana bilmirlər:

“Təəssüf ki, bəzi idmançılarımız medal qazana bilmir və ya olimpiyadaya çıxa bilmirlər. Elə idmançılar var ki, iştirak edir, medal qazana bilmir. Elələri də var ki, medal qazanır. Bu isə daha çox federasiyaların işidir. Biz də onlarla birlikdə işləyirik və olimpiya oyunlarına hazırlıq prosesini müzakirə edərik. Yekunda isə müvafiq qərarlar qəbul edəcəyik. Artıq müvafiq qərarlar var və görüşlər davamlı olacaq. Üç ilimiz var, əslində çox vaxt deyil. Gələn il idmançılarımız lisenziyalar uğrunda mübarizələri başlayacaqlar”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri