Dek
2021
17:40
42
231
3224
Virtual karabakh

Xalq artisti: “Gedib küçədə yaşasınlar, hər şeyi küçədə etsinlər, onsuz heç nə ayıb deyil”

9 Dek, 2021
17:40
3224

Xalq artisti: “Gedib küçədə yaşasınlar, hər şeyi küçədə etsinlər, onsuz heç nə ayıb deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanda sosial məzmunlu verilişlər reytinqli olsa da, efirdə müzakirə olunan mövzular çox vaxt narazılıqla qarşılanır. İnsanlar şəxsi həyata aid sirlərin efir vasitəsilə ictimailəşdirilməsinə yaxşı baxmırlar.

Maraqlıdır, ailə həyatı qurmadığı, yaxud ailəsində uğursuzluğa düçar olduğu halda ailə dəyərlərindən danışan qadınları, sözü evində belə keçməyən, cəmiyyətə yararlılıq əmsalı sıfıra yaxın olan kişiləri efirlərə kim dəvət edir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva ailə-məişət mövzularının efirdə müzakirə edilməsinin əleyhinə olduğunu qeyd edib:

“Mən efirdə ailə sirlərinin müzakirə edilməsinə normal baxmıram. Bilirsiniz, cəmiyyət elədir ki, adətən hər şeyin pisini qəbul edir, yaxşını qəbul etdirmək isə çox çətindir. Ona görə də bu mövzuların efirə çıxarılmasını istəmirəm. Düzdür, bəzən deyirlər ki, ictimai qınaq lazımdır, amma düşünürəm ki, ictimai qınaq bu qədər qlobal şəkildə olmamalıdır”.

Aktrisa ailədəki problemlərin evdən kənara çıxmasının düzgün olmadığını vurğulayıb:

“Bəzi yardım, xeyriyyə məqsədi daşıyan verilişlər var, xəstələrə, evsiz insanlara kömək edirlər. Bu mövzulu proqramlar çox yaxşıdır. Amma ailə, məişət məsələlərini efirə çıxarmaq düzgün deyil. Ailə elə bir yerdir ki, məhrəmiyyət olmalıdır, onda belə çıxır ki, gedib küçədə yaşasınlar, hər şeyi küçədə etsinlər, onsuz heç nə ayıb deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri