10 
Dek
2021
19:25
39
176
1619
Virtual karabakh

Koronavirus xəstəsi mobil telefon mağazasında TAPILDI

10 Dek, 2021
19:25
1619

Koronavirus xəstəsi mobil telefon mağazasında TAPILDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran şəhər sakini Z.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Həmin şəxs karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində mobil telefon mağazalarından birində aşkalanıb.

Z.Məmmədov tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri