12 
Dek
2021
01:13
8
137
1979
yuxarı
Biləsuvarda müəmmalı yanğın hadisəsi baş verib - FOTO
12 Dek, 2021
01:13
1979
8
137
Biləsuvarda müəmmalı yanğın hadisəsi baş verib - FOTO
Biləsuvar rayonunda yanğın hadisəsi olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Çaylı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Hüseynov Mübariz Nəriman oğluna məxsus ümumi sahəsi təxminən 90 kvadratmetrlik talvarın dam örtüyü, taxta atmaları və altına yığılan 250-yə yaxın yonca bağlaması yanaraq külə dönüb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Biləsuvar rayon Dövət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən söndürülüb, ətrafdakı yaşayış evlərinə və yardımçı tikililərə zərər dəyməyib.
Ev sahibi yanğının qəsdən törədildiyini iddia edir.
Hadisə ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək