13 
Dek
2021
01:56
14
198
4486
Virtual karabakh

Bakıda ağır yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

13 Dek, 2021
01:56
4486

Bakıda ağır yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə 8 noyabr prospektində qeydə alınıb.

Belə ki, “Toyota” markalı minik avtomobili işıqforun qırmızı işığından keçərək Asif Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobilə çırpılıb. Daha sonra “Toyota” bir neçə dəfə dövrə vuraraq işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində “Hyundai”ın sürücüsü A.Məmmədov və qəzaya səbəb olan avtomobilin sürücüsü, iki sərnişin - 2001-ci il təvəllüdlü Rəsul Mehdiyev və 1994-cü il təvəllüdlü Məhəmməd Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. R.Mehdiyevin vəziyyətinin nisbətən ağır olduğu bildirilir.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, qəzaya səbəb “Toyota”nın sürücüsü olub: “O, işıqforun qırmızı işığından keçib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri