15 
Dek
2021
17:08
26
371
1959
Virtual karabakh

Şəhid ailələrinin yaşadığı bina 19 ildir qızdırılmır - VİDEO

15 Dek, 2021
17:08
1959

Şəhid ailələrinin yaşadığı bina 19 ildir qızdırılmır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhəri 47-ci məhəllə ərazisindəki 7 saylı binanın sakinləri yaşadıqları ünvana istiliyin verilməməsindən şikayətçidir. 

Beşmərtəbəli binada şəhid ailələri və əlillər yaşayır. Onlar da illərdir qışın soyuğunda isinə bilmirlər. Deyirlər ki, bina istifadəyə verilərkən qazanxana tikilsə də, 19 ildir istilik üzü görmürlər. 

Sakinlər ərazi üzrə həm aidiyyəti qurumlara, həm də deputat Hicran Hüseynovaya dəfələrlə yazılı və şifahi müraciət etsələr də, onlara cavab verən olmayıb. Hazırda mənzillər xüsusi qızdırıcılarla isidilir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri