15 
Dek
2021
19:48
387
23
2947
Virtual karabakh

Mahaçqala ilə Bakı arasında birbaşa aviareys açılacaq

15 Dek, 2021
19:48
2947

Mahaçqala ilə Bakı arasında birbaşa aviareys açılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci il yanvarın 1-dən Mahaçqala ilə Bakı arasında birbaşa aviareysin açılması planlaşdırılır.

Mahaçqala hava limanının mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova bildirib ki, uçuşlar şənbə günləri həyata keçiriləcək.

Onun sözlərinə görə, aviareyslər 176 sərnişin tutumlu “Boeing 737-800” təyyarələrində icra olunacaq.

“Uçuş cədvəlinə əsasən,  Mahaçqala hava limanından uçuş Moskva vaxtı ilə saat 16:00-da, Bakıya eniş isə yerli vaxtla saat 18:00-da, həmçinin Bakıdan uçuş yerli vaxtla saat 18:55-də, Mahaçqala hava limanına eniş isə Moskva vaxtı ilə saat 19:00-da olacaq”, - deyə Maqomedova əlavə edib.

Mətbuat xidməti rəhbəri qeyd edib ki, Azərbaycana gələn bir yaşından yuxarı bütün sərnişinlər Bakıya uçuşa ən geci 72 saat qalmış PCR testinin mənfi nəticəsi olan çap edilmiş tibbi arayışı və peyvənd sertifikatını (QR kod) təqdim etməlidirlər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri