17 
Dek
2021
14:28
141
24
1593
Virtual karabakh

Bakıda daha 200 şəxs üçün kiçik bizneslər yaradıldı - FOTO

17 Dek, 2021
14:28
1593

Bakıda daha 200 şəxs üçün kiçik bizneslər yaradıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində Bakıda daha 200 şəxsə aktivlər təqdim edildi.

Verilmiş avadanlıqlar hesabına onlar üçün istehsal-xidmət sahəsi üzrə kiçik bizneslər yaradılıb. Aktivlərlə təmin olunan şəxslərin mühüm hissəsini şəhid ailəsi üzvləri, müharibə iştirakçıları təşkil edir.

Paytaxtla yanaşı, bölgələrdə də özünüməşğulluq proqramı əsasında aktivlərlə təminat prosesi davam edir.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Ümumilikdə bu il üzrə 16 min şəxsin proqrama cəlb olunması nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri