20 
Dek
2021
17:16
82
100
904
Virtual karabakh

Ötən gün 355 nəfər toy məclisinə buraxılmayıb

20 Dek, 2021
17:16
904

Ötən gün 355 nəfər toy məclisinə buraxılmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18-19 dekabr tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1 076 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 1 054 şadlıq sarayında, 22 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 25 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  
- 355 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri