20 
Dek
2021
19:52
76
569
21067
Virtual karabakh

Azərbaycanda vəzifəli şəxslərin silahla fotosu yayıldı, DİN və ETSN açıqlama verdi - YENİLƏNİB

20 Dek, 2021
19:52
21067

Azərbaycanda vəzifəli şəxslərin silahla fotosu yayıldı, DİN və ETSN açıqlama verdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun məsuliyyətsiz hərəkətlərinin şəklini paylaşması böyük təəssüf doğurur”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat katibi İradə İbrahimova bildirib.

“Həmin şəxlər məsuliyyətsiz hərəkət ediblər. Onların izahatları alınır, araşdırma aparılır”, - deyə o qeyd edib.

18:14

Daxili İşlər Nazirliyi (DİN) Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun avtomat və tüfənglə yayılan şəkilləri ilə bağlı açıqlama verib.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma aparılır:

“Məsələdən məlumatlıyıq”.

17:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru və müavininin avtomat silahla şəkili yayılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun avtomat və tüfənglə şəkilləri yayılıb. 

Bildirilib ki, fotonu Adəm İsmiyev öz “WhatsApp” hesabında paylaşıb, məsələ ictimailəşəndən sonra isə şəkli silib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri