21 
Dek
2021
09:16
171
19
1211
Virtual karabakh

Balakəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - FOTO

21 Dek, 2021
09:16
1211

Balakəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Hənifə kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü davamlı olaraq yol hərəkəti qaydalarını pozub və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən vaxtında görülmüş tədbirlərlə nəqliyyat vasitəsini saxlamaq mümkün olub. Sürücünün və nəqliyyat vasitəsindəki sərnişinin narkotik vasitə qəbul etmələrinə dair şübhələr olduğundan onlar Polis Şöbəsinə gətirilib. Müayinə zamanı avtomobili idarə edən Məmməd Hüseynov və sərnişin Ayaz Ramazanovun marixuana qəbul etdiyi məlum olub.

Onların barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Hüseynov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri