21 
Dek
2021
11:48
212
13
1127
Virtual karabakh

Böyük Britaniya azad olunmuş ərazilərdə yaradılacaq tibb müəssisələrinə yardım edəcək - FOTO

21 Dek, 2021
11:48
1127

Böyük Britaniya azad olunmuş ərazilərdə yaradılacaq tibb müəssisələrinə yardım edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin yaradılmasında Böyük Britaniya köməyini əsirgəməyəcək”.

Oxu.Az-ın Azərbaycan Səhiyyə Nazirliyindən əldə etdiyi məlumata görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevlə görüş zamanı Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Layl Şarp deyib.

Ümumbəşəri bəlaya çevrilən COVID-19 pandemiyası məsələsinə toxunan Ceyms Layl Şarp, postkovid dövründə Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsinin daha da zəruri olduğunu qeyd edib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin əczaçılıq sənayesində gələcək əməkdaşlığın önəmini qeyd ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri