26 
Dek
2021
12:25
129
33
1098
Virtual karabakh

Daşkəsəndə yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

26 Dek, 2021
12:25
1098

Daşkəsəndə yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Asif Ellazalıyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. Fakla bağlı RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri