28 
Dek
2021
14:44
11
143
1944
Virtual karabakh

Mingəçevirdə partlayış: İki nəfər xəsarət alıb

28 Dek, 2021
14:44
1944

Mingəçevirdə partlayış: İki nəfər xəsarət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir şəhərində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli dördotaqlı evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə evin dam örtüyü çöküb, divarları dağılıb və 12 kvadratmetr sahədə taxta konstruksiyaları yanıb. Partlayışın dalğasından həyətyanı sahədə dayanmış VAZ markalı minik avtomobilinin şüşələri sınıb, qonşu evlərin dam örtüyünə və pəncərə çərçivələrinə ziyan dəyib. Partlayış zamanı evdə olan iki nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri