28 
Dek
2021
17:50
67
347
3432
Virtual karabakh

Prezidentin köməkçisi: “Azərbaycanın quru sərhədlərinin açılması müzakirə edilmir”

28 Dek, 2021
17:50
3432

Prezidentin köməkçisi: “Azərbaycanın quru sərhədlərinin açılması müzakirə edilmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Omikron” ştammının qorxusu var və bu vəziyyətdə Azərbaycanla qonşu ölkələr arasında quru sərhədlərin açılması müzakirə edilmir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, quru sərhədlər hazırda bağlıdır:

“Xüsusi icazə vasitəsilə quru sərhədlərdən keçmək mümkündür. Bunun üçün Operativ Qərargahından icazə alınmalıdır”.

“Omikron” ştammı ilə bağlı təhlükə mövcuddur və gələcəkdə nə olacağı bilinmir. Ümid edirik ki, bu təhlükə bitəcək və turizmin inkişafına şərait yaranacaq”, - deyə Ş.Mövsümöv qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri