28 
Dek
2021
17:44
19
148
1569
Virtual karabakh

“Delta” ştammının aşkarlanması üçün heç bir çətinlik yoxdur - RƏSMİ

28 Dek, 2021
17:44
1569

“Delta” ştammının aşkarlanması üçün heç bir çətinlik yoxdur - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təəssüf ki, bəzi həkimlərin virusun “Delta” növü ilə bağlı verdiyi məlumatlar həqiqəti əks etdirmir”.

Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, biz məlumat verən zaman “SARS-CoV-2” virusunun yayılan növünün “Delta” ştammı olduğunu bildirmişdik:

“Delta” ştammının aşkarlanması üçün hər cür şərait var. Bizdə bununla bağlı reaktivlər var və heç bir çətinlik yoxdur”.

Uşaqlar arasında məktəblərdə yayılan xəstəliklərlə bağlı sualı cavablandıran Y.Qarayeva bildirib ki, şagirdlər arasında mövsümi olaraq boğaz ağrısı, hərarət və öskürəklə müşahidə edilən infeksiyalar hər zaman olub:

“Bu xəstəliklərin koronavirus olduğunu demək olmaz. Əgər uşaqlarda mövsümi infeksiyaların hər birini yoxlamaq imkanı olsa, hansı infeksiya olduğunu müəyyən etmək olar. Amma sırf koronavirus və növlərinin müəyyən edilməsi ilə bağlı bizim əlimizdə zəruri olan bütün reaktivlər var və onu müəyyən etmək mümkündür”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri