28 
Dek
2021
17:58
19
236
1113
Virtual karabakh

Teymur Musayev: “Qadınlar hamiləliyin üçüncü ayından sonra vaksinasiyadan keçə bilər”

28 Dek, 2021
17:58
1113

Teymur Musayev: “Qadınlar hamiləliyin üçüncü ayından sonra vaksinasiyadan keçə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda hamilə və süd verən qadınlar üçün vaksinasiya tövsiyə xarakteri daşıyırdı. Qadınlar hamiləliyin üçüncü ayından sonra vaksinasiyadan keçə bilər”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda da az sayda hamilə qadın vaksinasiyadan keçir:

“Hansı ölkədə hamilələrə vaksinasiya təkidlə tövsiyə edilirsə, orada bu prosesdə 30 faiz iştirak edir:

“Bu insanların tərəddüdü ilə əlaqədardır. Lakin ağır çəkili, şəkərli diabeti və digər ağır xəstəlikləri olan hamilələri vaksinasiyaya dəvət edirik”.

O qeyd edib ki, ölkəmizdə hamilə olan və koronavirusa yoluxanlar mərkəzləşdirilmiş şəkildə xüsusi ayrılan şöbələrdə müalicə alırlar.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri