30 
Dek
2021
12:08
21
243
3146
Virtual karabakh

Qiymətlər baha olsa da, hotellərdə yer yoxdur - VİDEO

30 Dek, 2021
12:08
3146

Qiymətlər baha olsa da, hotellərdə yer yoxdur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq bayrama bir gün qalıb. Qarşıdan tətil günləri gəlir və çoxları istirahət etmək üçün bölgələrə üz tutur. Ölkənin şimal bölgəsi isə turistlərin istirahət məkanı kimi ən çox seçdiyi bölgələrdəndir desək, heç də yanılmarıq. Çünki xüsusilə Qusar və Quba rayonlarına üz tutanların sayı olduqca çoxluq təşkil edir. 

Əgər siz də yeni il gecəsini bu rayonlarda keçirmək istəyirsinizsə, artıq gecdir. Çünki hotel və istirahət mərkəzlərində yanvarın 4-dək yerlər çoxdan sifariş edilib. Müraciətlərin çoxluğu qiymətlərə də təsir göstərib.

İstirahət mərkəzlərində qiymətlərin artımı pandemiya ilə əlaqədar tətbiq edilən say məhdudiyyəti və yeni il günlərində qonaqlar üçün təşkil edilən müxtəlif şou-proqramlarla əsaslandırılır. Ötən dövrlə müqayisədə bu il istirahət mərkəzlərində bir sıra xarici ölkə vətəndaşlarına da rast gəlinir. Hazırda bölgədə ərəb turistlər üstünlük təşkil edir.

Hotel və istirahət mərkəzlərində qiymətlərin artımına gəlincə, Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının direktoru Heybət Vəliyev bildirib ki, qiymət artımına qarşı hər hansı müdaxilə etmək mümkün olmasa da, bu, müvəqqəti xarakter daşıyır.

Qeyd edək ki, ötən ildən fərqli olaraq bu il xarici turistlərin ölkəmizə ziyarətinin artacağı proqnozlaşdırılır. Səbəb isə bir sıra xarici ölkə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə ölkəmizə giriş-çıxışına icazə verilməsidir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri