30 
Dek
2021
13:02
40
372
15247
Virtual karabakh

Bakının mərkəzində partlayış: Yaralananlar var - YENİLƏNİB + FOTO/VİDEO

30 Dek, 2021
13:02
15247

Bakının mərkəzində partlayış: Yaralananlar var - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəriqaz” İstehsalat Birliyi Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı açıqlama verib. 

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Oxu.Az-a bildirib ki, “Alov qüllələri”nin yaxınlığında məşələ nəzarət edən hotel əməkdaşları tərəfindən iş aparılıb:

“Ehtiyatsızlıq səbəbindən sızma baş verib, nəticədə də bu sızma partlayışa gətirib çıxarıb. İki nəfər işçinin xəsarət alıb”.

O qeyd edib ki, sayğacdan sonrakı qaz xəttində “Azəriqaz” İstehsalat Birliyinin heç bir nəzarət funksiyası yoxdur:

“Məşələ qədər olan hissədə heç bir problem baş verməyib, hər şey saz vəziyyətdə olub, yalnız məşələ daxil olar hissədə baş verən sızma nəticəsində sözügedən hadisə baş verib”.

İlhamə Əbülfət

11:20

Bakıda qaz sızmasından partlayış olub.

APA-nın məlumatına görə, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

FOTO: Kərim Abbasov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri