30 
Dek
2021
14:28
33
365
3493
Virtual karabakh

Hotellərdə qiymətlər 5 -10 dəfə bahalaşıb - VİDEO

30 Dek, 2021
14:28
3493

Hotellərdə qiymətlər 5 -10 dəfə bahalaşıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni ilə artıq sayılı günlər qalıb. 

Qax rayonunda yerləşən hotellərdə artıq demək olar ki, yerlərin əksəriyyəti dolub. Adi günlərlə müqayisədə yeni il ərəfəsində qiymətlər xeyli yüksəkdir. 

100-150 manat civarında dəyişən qiymətlər bayram günlərində 5-10 dəfə yuxarı olur. Hotel rəsmiləri bu qiymətlərin yalnız xüsusi paketlərə daxil edildiyini qeyd edirlər. Xüsusi paketlərə isə 31 dekabr və 1 yanvar tarixlərində 2 və yaxud 4 nəfərlik otaqlarda qalmaq, səhər yeməyi, yeni il gecəsi və 1 yanvar tarixində şou-proqramlarda iştirak etmək daxildir. 

Bundan başqa, yüksək məbləğ ödəyib istirahət paketini alanlar otelin digər xidmətlərindən də yararlanırlar. Dövlət Turizm Agentliyinin Şəki Regional Mərkəzindən verilən məlumata görə, Qax rayonu ərazisində yerləşən 19 müəssisədə, yəni hotel, motel və istirahət mərkəzlərində bir dəfəyə 1 400 nəfərə yaxın turisti yerləşdirmək imkanı var. 

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bu il 5 gün qeyri-iş günüdür. Müşahidələr isə onu göstərir ki, qiymətlərin fərqli olmasından asılı olmayaraq, bu il Qax rayonuna gələn turistlərin sayında artım müşahidə ediləcək.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri