30 
Dek
2021
15:24
36
71
1135
Virtual karabakh

Bayram günlərində Bakı-Sumqayıt elektrik qatarı işləyəcək? - AÇIQLAMA + FOTO

Bayram günlərində Bakı-Sumqayıt elektrik qatarlarının hansı qrafik üzrə hərəkət edəcəyi açıqlanıb.

Azərbaycan Dəmir Yolları QSC-dən Oxu.Az-a verilən məlumata görə, 31 dekabr, 1-4 yanvar tarixlərinin qeyri-iş günləri olması ilə əlaqədar olaraq, həmin günlər yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:

Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkətdə olacaq qatarların cədvəli:

Bakıdan saat 08:35-də yola düşən 6603 nömrəli qatar
Bakıdan saat 10:00-da yola düşən 6609 nömrəli qatar
Bakıdan saat 15:50-də yola düşən 6615 nömrəli qatar
Bakıdan saat 17:50-də yola düşən 6619 nömrəli qatar
Bakıdan saat 18:25-də yola düşən 6621 nömrəli qatar
Bakıdan saat 19:55-də yola düşən 6627 nömrəli qatar
Bakıdan saat 20:30-da yola düşən 6629 nömrəli qatar

Sumqayıtdan saat 07:00-da yola düşən 6604 nömrəli qatar
Sumqayıtdan saat 07:25-də yola düşən 6606 nömrəli qatar
Sumqayıtdan saat 09:00-da yola düşən 6612 nömrəli qatar
Sumqayıtdan saat 10:00-da yola düşən 6614 nömrəli qatar
Sumqayıtdan saat 10:45-də yola düşən 6616 nömrəli qatar
Sumqayıtdan saat 16:50-də yola düşən 6624 nömrəli qatar
Sumqayıtdan saat 18:00-da yola düşən 6626 nömrəli qatar
Sumqayıtdan saat 19:30-da yola düşən 6630 nömrəli qatar

Bakı-Xırdalan-Sumqayıt istiqamətində hərəkətdə olacaq qatarların cədvəli:

Bakıdan saat 08:20-də yola düşən 6005 nömrəli qatar
Bakıdan saat 17:20-də yola düşən 6015 nömrəli qatar
Bakıdan saat 18:50-də yola düşən 6021 nömrəli qatar
Bakıdan saat 19:35-də yola düşən 6023 nömrəli qatar

Sumqayıtdan saat 08:00-da yola düşən 6010 nömrəli qatar
Sumqayıtdan saat 09:30-da yola düşən 6012 nömrəli qatar
Sumqayıtdan saat 18:45-də yola düşən 6022 nömrəli qatar.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri