31 
Dek
2021
11:02
41
199
1214
Virtual karabakh

Bu gecə restoranlar saat 02:00-dək işləyəcək

31 Dek, 2021
11:02
1214

Bu gecə restoranlar saat 02:00-dək işləyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Yeni il bayramı ilə əlaqədar ictimai iaşə obyektlərinin saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilir.

Oxu.Az-ın məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında əksini tapıb.

Bildirilib ki, Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimlərinin keçirilməsi onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir. 

Həmin tələblər aşağıdakılardır:

- Şənlik mərasimlərində qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;

- 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlar, COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədə sahib olmalı, yaxud COVID-19 peyvədinə qarşı əks-göstəriş sertifikatı olmalıdır. Şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;  

- Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;

- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı beş gün qalmış mərasimin başlama və bitmə vaxtı (saat 02:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.

Bu tələblər pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri