31 
Dek
2021
15:12
7
91
1225
Virtual karabakh

2021-ci ildə dünya nələrə şahid oldu? Baku TV ötən bir ildəki önəmli hadisələri xatırladır - VİDEO

31 Dek, 2021
15:12
1225

2021-ci ildə dünya nələrə şahid oldu? Baku TV ötən bir ildəki önəmli hadisələri xatırladır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ilin gəlişinə hazırlaşdığımız bir vaxtda geridə qoyduğumuz 1 il dünyanın yaddaşında nələrlə qaldı?

2021-ci il ABŞ-da Kapitoliy binasına hücumla başladı. Belə ki, Donald Tramp tərəfdarları 4 nəfərin ölümünə səbəb oldular. Ardınca ABŞ-ı bürüyən etiraz aksiyalarından “Trampı qovun” səsləri yüksəldi ki, bu da Co Baydeni prezidentlik kürsüsünə biraz da yaxınlaşdırdı...

79 yaşlı yeni Ağ Ev rəhbəri qalmaqalları və yaşının yaratdığı çətinliklərlə artıq bir ildir ki, ABŞ-nın 46-cı prezidentidir.

Aleksey Navalninın həbsi Rusiyada 100-lərlə şəxsi küçələrə tökdü. Etiraz aksiyalarına minlərlə rus qatıldı...

Hərarətli keçən 2021-ci ilə bir də Avstraliyanın meşə yanğınları istilik gətirdi. 10 min hektardan çox sahə külə döndü. ABŞ-nin Kaliforniya ştatındakı meşə yanğını isə tarixdə miqyasına görə ikinci oldu...

2021-ci ildə heç görmədiyimiz yüzlərlə hadisəyə şahid olduq...

2021-də İsrail-Fələstin uzun müddət bir-birinə raket “hədiyyə” etməklə məşğul oldu. İllərlə davam edən Qüds münaqişəsi yenidən alovlandı, onlarla insan həlak oldu. 

Şərqin qalmaqalı bitmədi ki, bitmədi. “Taliban” hərəkatı avqustda Əfqanıstanın paytaxtı Kabili ələ keçirdi, ölkənin yeni sahibi oldu...

Belçika, Almaniya, Niderland, Fransa və digər Qərbi Avropa ölkələrinin sel suları ilə mübarizəsi yaddaşlara həkk oldu. 200-ə yaxın şəxsin ölümü, 1300-dən çox avropalının itkin düşməsi 2021-ci il üçün pis xatirələrdən biri idi...

Miqrant böhranını unutmayaq. 5 mindən çox insan Polşa-Belarus sərhədində ilişib qaldı. Polislərlə toqquşan mühacirlər arasında onlarla yaralananlar oldu...

Qardaş ölkə Türkiyədə hektarlarla meşə külə döndü. Onlarla şəhəri cənginə alan meşə yanğınlarının qarşısını almaq üçün Türkiyə ilə birgə, dostları da səfərbər oldu...

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri