31 
Dek
2021
17:12
365
16
2298
Virtual karabakh

Baku TV şəhid pilotun ailəsi ilə bayram süfrəsi arxasında - VİDEO

31 Dek, 2021
17:12
2298

Baku TV şəhid pilotun ailəsi ilə bayram süfrəsi arxasında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi zamanı torpaqlarımız uğrunda canından keçən, adlarını tarixə qızıl hərflərlə yazan igidlərimizin sırasında şəhid pilot mayor Abbas Qasımov da var.

Baku TV-nin əməkdaşları şəhidin ailəsinin evində qonaq olub, onlarla söhbətləşiblər.

Şəhidin anası Kifayət Abbasova bildirir ki, şəhid mayor hər il Yeni il ağacını övladları ilə birgə bəzəyirdi. O qeyd edib ki, keçən il bayramı keçirməsələr də, bu il keçirmək istəyirdilər.

Lakin Abbas Qasımovun iş yoldaşları DSX-nin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olduqları üçün bu il də ailə bayramı keçirməyəcək.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri