31 
Dek
2021
21:32
200
24
1246
Virtual karabakh

Dumana görə Bakının bəzi yollarında sürət həddi endirilib

31 Dek, 2021
21:32
1246

Dumana görə Bakının bəzi yollarında sürət həddi endirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda paytaxtın bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə edilir.

Hərəkət təhlükəsizliyi nəzərə alınaraq Zığ dairəsi-Hava limanı və Hava limanı-Bilgəh yollarında zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyi sürücülərə ehtiyatlı olmalarını, müəyyən olunan sürət həddinə əməl etmələrini tövsiyə edir.

Qeyd olunur ki, bu cür hava şəraitində ara məsafəsinə fikir verilməlidir. Eyni zamanda, piyadalardan yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etməlidirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri