Ramiz Abutalıbovun nəşi Moskvadan Bakıya gətirilib – YENİLƏNİB
Ramiz Abutalıbovun nəşi Moskvadan Bakıya gətirilib – YENİLƏNİB
Tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib.
Bu barədə APA-ya rejissor Tahir Tahiroviç məlumat verib.
O bildirib ki, görkəmli diplomat sabah 12:30-da II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
15:24
Yanvarın 1-də Rusiya paytaxtında vəfat edən tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi dəfn olunmaq üçün Vətənə yola salınıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərhumun nəşi bu gün Moskvanın Domodedovo hava limanından Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə Moskvadan Bakıya göndərilib.
Ramiz Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Görkəmli diplomat sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.