Yan
2022
16:18
266
27
3900
Virtual karabakh

Azərbaycanda 11 əsrin şahidi olan ağac - VİDEO

3 Yan, 2022
16:18
3900

Azərbaycanda 11 əsrin şahidi olan ağac - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. 

Baku TV xəbər verir ki, bu möcüzəvi ağacın kökü kəndin böyük ərazisindən keçir. 

Fransız yazıçısı Aleksandr Düma da bu möhtəşəm ağaca biganə qalmayıb. O, bu ərazidən keçərkən ağacın yanında ayaq saxlayıb, yerli sakinlərlə tanış olub. 11 əsrə şahidlik edən bu maraqlı ağacı yüzilliklər boyu əhali inanc yeri kimi də ziyarət edib. 

Bu gün həmin ağac sakinlər tərəfindən qorunmaqdadır. Yerli sakinlərlə yanaşı, bu ərazidən keçən əcnəbi turistlər də ağacı ziyarət etdikdən sonra yollarına davam edirlər. Turistlərin əsasən Almaniyadan, Kanadadan, Londondan və digər Avropa ölkələrindən gəldiyi bildirilir. 

Ağacın dünyada ən böyük dağdağan ağacı olduğu hesab edilir və şimal-qərb bölgəsində yerli sakinlər 1100 ilin şahidi olan, adət-ənənələri və bəzi sirləri özündə ehtiva edən bu ağacı simvol hesab edirlər. Onların tək arzusu isə ağacı gələcək nəsillərə ötürməkdir. 

Ətraflı süjeti təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri