10 
Yan
2022
13:28
274
29
2153
Virtual karabakh

Əhməd Cavadın nəticəsi Qazaxıstan hadisələri haqda: “Bu, türk birliyinə böyük zərbədir”

10 Yan, 2022
13:28
2153

Əhməd Cavadın nəticəsi Qazaxıstan hadisələri haqda: “Bu, türk birliyinə böyük zərbədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qardaş Qazaxıstanda baş verən dəhşətlər bir türk olaraq məni üzür. Bu türk birliyinə böyük zərbədir və onu zəiflətməyə yönəlib”.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri türk dünyasının böyük şairi Əhməd Cavadın nəticəsi, Türk Ağsaqqalları Birliyinin fəxri üzvü Cavad Axunzadə bildirib.

“Çox təəssüf edirəm ki, Qazaxıstanda qardaş qırğını baş verdi. Kənardan bu dəhşətləri izləmək insana mənəvi-psixoloji zərbədir. Ürəyimizi üzür və bizi kədərləndirir. Hesab edirəm ki, yaşanan təxribat son illər güclənməkdə olan türk birliyinə qarşı böyük planın tərkib hissəsidir. Bu yaxınlarda Türk Dövlətləri Təşkilatının keçirilən tədbirindən sonra hadisələrin yaşanması insanı düşündürməyə bilməz”.

Cavad Axundzadə bildirib ki, Qazaxıstan türkləri bu çirkin və iyrənc oyunların qurbanı olmamalıdır:

“Türk Dövlətləri Təşkilatı tam şəkildə Qazaxıstanın yanında olmalıdır və buna heç bir şübhə yoxdur. İnanıram ki, qazax qardaşlarımız çətin dönəmdən üzü ağ, şərəflə çıxacaqlar”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri