13 
Yan
2022
20:07
55
302
3402
Virtual karabakh

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səkkiz milyon manatlıq avtomobil alır

13 Yan, 2022
20:07
3402

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səkkiz milyon manatlıq avtomobil alır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 65 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Abşeron Avtomobil Mərkəzi” MMC-dir.

Qalib şirkətə 7,909 milyon manat ödəniləcək. Başqa sözlə, avtomobilin biri təxminən 122 min manata başa gələcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri