13 
Yan
2022
20:59
77
117
2243
Virtual karabakh

Gürcüstanda soydaşımız itkin düşdü: Həyat yoldaşı kimi günahlandırdı?

13 Yan, 2022
20:59
2243

Gürcüstanda soydaşımız itkin düşdü: Həyat yoldaşı kimi günahlandırdı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kənd sakini 42 yaşlı Nazim Nəbiyevin itkin düşüb.

“Report” xəbər verir ki, N.Nəbiyev yanvarın 4-də evdən çıxıb və mal-qara almaq üçün başqa rayona yollanıb. Həmin gündən ondan xəbər almaq mümkün olmayıb.

Onun həyat yoldaşı Kəmalə Qayıbova soydaşımızın mal-qara almaq üçün 32 min lari (18 min AZN) pulla yanvarın 4-də Qaracala kəndinə yollandığını bildirib.

O, “Rustavi 2” telekanalına müsahibəsində deyib ki, N.Nəbiyev Qaracalada Fərhad Qurbanovla görüşüb və daha sonra mobil telefonu söndürülüb. K.Qayıbova iddia edir ki, F.Qurbanov həyat yoldaşının harada olduğunu bilir.

F.Qurbanov isə öz növbəsində N.Nəbiyevlə görüşdüyünü təkzib etməyib. O deyib ki, yanvarın 4-də onunla görüşüb və sağollaşıb. Qaracala sakini itkin düşən şəxslə arasında heç bir münaqişənin olmadığını da qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri