14 
Yan
2022
00:11
15
603
6850
Virtual karabakh

Təhsil Nazirliyi və Dövlət Komitəsindən bağçada uşağı vuran tərbiyəçi ilə bağlı AÇIQLAMA

14 Yan, 2022
00:11
6850

Təhsil Nazirliyi və Dövlət Komitəsindən bağçada uşağı vuran tərbiyəçi ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bağçada uşağa şiddət göstərən tərbiyəçi ilə bağlı açıqlama yayıb.

Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov bildirib ki, Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır və nəticəsinə dair ictimaiyyətə qısa zamanda məlumat veriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də uşaq bağçalarının birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlayıb.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Report”un sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum yayılan videogörüntülərdən məlumatlıdır.

Onun sözlərinə görə, artıq müvafiq qurumlar da iddia olunan faktla bağlı araşdırma aparır və əgər fakt öz təsdiqini taparsa, araşdırmaların nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində tərbiyəçinin azyaşlıya qarşı fiziki zorakılıq göstərdiyini əks etdirən videogörüntülər yayılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri