14 
Yan
2022
17:54
220
65
5389
Virtual karabakh

Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT - YENİLƏNİB

14 Yan, 2022
17:54
5389

Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının 17:00-a olan son vəziyyəti barədə məlumat yayıb.

Həmin məlumatı təqdim edirik:

Zəfər yolu - Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Gün ərzində yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Toğanalı - Kəlbəcər - İstisu - Yağıntı yoxdur, şaxta 5-10 dərəcə təşkil edir. Gün ərzində yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülüb. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi - Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 1-2 şaxta var.  Xınalıq yolunda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.

Giləzi - Xızı - Ərazidə yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı - Yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Hazırda kənd yollarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Yolda hərəkət təmin olunub.

Muğanlı - Ağsu - Yevlax - Yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı - Yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz - Şəki - Yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq) - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən - Xoşbulaq - Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi - Marşrut boyu yağıntı yoxdur, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı - Yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Hazırda kənd yollarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda hərəkət təmin olunub.

Lənkəran – Lerik - Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində yağıntı yoxdur. 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

Hacıqabul – Bəhramtəpə – Horadiz - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

11:16

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.

Bildirilib ki, hazırda Zəfər yolunun Xocavənddən (Tuğ kəndi) Şuşa şəhərinə qədər güclü qar yağır, qarın qalınlığı 5-10 sm təşkil edir, 3-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür.

Toğanalı-Kəlbəcər-İstisu yolunun Murovdağdan keçən hissəsinə güclü qar yağır, şaxta 12-20 dərəcə təşkil edir. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı - Quba - Rusiya ilə dövlət sərhədi yolunun Siyəzən və Şabran rayonları ərazisində sulu qar, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, 4-5 şaxta var.

Xınalıq yolunda zəif qar yağır, 10-11 dərəcə şaxta var. Hazırda yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunub.

Giləzi - Xızı yolunun Xızı rayonu ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Qobustan yolunun Abşeron və Qobustan rayonları ərazisinə düşən hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Abşeron və Qobustan rayonları ərazisində 4-5 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı yolunda güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı - Ağsu - Yevlax yolunun Muğanlı-Ağsu hissəsinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. 1-2 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı - İsmayıllı yolunda güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunun İsmayıllı və Qəbələ rayonları ərazisinə güclü qar yağır, səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Şaxta 2-3 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Oğuz və Şəki rayonları ərazisində yağıntı yoxdur.

Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy yolunda səhər saatlarında 5-6 sm qar yağıb, hazırda yağıntı yoxdur. Yol qardan təmizlənib, qum-duz səpilib. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən - Xoşbulaq yolunun Daşkəsən rayonu ərazisinə güclü qar yağır, 8-9 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt - Astara - İranla dövlət sərhədi yolunda yağış və sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı yolunun Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunun Lənkəran rayonu ərazisində yağış, Lerik rayonu ərazisində güclü qar yağır. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı - Ələt - Hacıqabul yolunun Bakı-Hacıqabul hissəsinə qar yağır, yolda qar yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul - Ucar - Yevlax yolunda yağıntı yoxdur, hava küləklidir, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Gəncə - Qazax - Gürcüstanla dövlət sərhədi yolunda yağıntı yoxdur, hava küləklidir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, hava tutqundur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri